Özünü “12-ci imam” kimi təqdim edən Aqil Babayev əmlaklarını GERİ İSTƏYİR

Hazırda oxunan: Özünü “12-ci imam” kimi təqdim edən Aqil Babayev əmlaklarını GERİ İSTƏYİR

212463

Dələduzluqda təqsirli bilinərək 11 il 9 ay müddətinə məhkum edilmiş “12-ci imam” Aqil Babayev müsadirə edilmiş əmlakını geri istəyir.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, onun yaxınları qərardan kassasiya şikayəti verib.
 

MÖVZU İLƏ BAĞLI:

 Özünü "12-ci İmam Mehdi" adlandıran şəxsdən XƏBƏR VAR 

 

Məhkum Babayevin yaxınları hesab edir ki, müsadirə edilən əmlaklar Babayevin yox, onlarındır.

Burada söhbət bir mənzil, qeyri-yaşayış sahəsi və “SantaFe” markalı minik avtomobilindən gedir.

Onlar müsadirə edilmiş əmlaklarının özlərinə qaytarılmasını istəyirlər. Şikayətə Ali Məhkəmədə baxılacaq.

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev özünü zühur etmiş “İmam Mehdi” kimi təqdim edərək vətəndaşlara qarşı 2.5 milyonluq dələduzluq edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi cəzanı 3 ay azaldıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin