2-ci liqa klubuna texniki məğlubiyyət verildi

Hazırda oxunan: 2-ci liqa klubuna texniki məğlubiyyət verildi

212379

AFFA 2-ci liqada çıxış edən “Göygöl” komandasına texniki məğlubiyyət (0:3) verib.

Bizim.Media xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında bu haqda qərar qəbul olunub..

Buna səbəbə 3-cü turda “Şəmkir”lə oyunun 83-cü dəqiqəsində “Göygöl”ün heyətində adı matçın protokolunda olmayan Araz Quliyevin meydana çıxması olub. Həmçinin, “Göygöl” klubu 400 manat cərimələnib. Komanda 5 futbolçusu sarı vərəqə aldığına görə 70, oyunöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyi üçün 80 manat cərimələnib.

Qeyd edək ki, sentyabrın 16-da keçirilən "Göygöl" - "Şəmkir" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin