Avtomobil idarə etmək üçün YAŞ MƏHDUDİYYƏTİ - 18 yaş sürücülük üçün ERKƏNDİR?

Hazırda oxunan: Avtomobil idarə etmək üçün YAŞ MƏHDUDİYYƏTİ - 18 yaş sürücülük üçün ERKƏNDİR?

212359

Təəsüflər olsun ki, ölkəmizdə xüsusilə, paytaxtda  tez-tez yol qəzalarının baş verdiyini müşahidə edirik. Bu qəzaların səbəbləri müxtəlif olsa da, daha çox sürücülük vəsiqəsini yeni alanlarla bağlıdır. Bununla bağlı ictimaiyyətdə iddialar var. Bəziləri sürücülük vəsiqəsi almaq üçün 18 yaşın erkən olduğunu düşünür,  18 yaşındakı gəncin vəsiqəni aldıqldan sonra yola çıxmasını düzgün hesab  etmirlər. 

Bəs bu fikir düzgündürmü? Yaxşı sürücü olmaq yaşla əlaqəlidirmi?

Bizim.Media-ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bu fikirlərin əksinə düşünür. O deyir ki, yaxşı sürücü olmağın yaşa aidiyyəti yoxdur.

Ekspert həm də sürücülük vəsiqəsinin verilmə qaydaları ilə, sürücüdə olmalı olan xüsusiyyətlərlə bağlı danışıb: 

“Sürücülük vəsiqəsi sağlamlıq durumu imkan verən, görmə məhdudiyyəti olmayan, nevroloji, narkoloji testlərdən müvəffəqiyyətlə keçən, əmək qabiliyyəti olan şəxslərə verilir. Əlbəttə, sürücülük vəsiqəsini almaq birbaşa nəqliyyat vasitəsini idarə etmək deyil. Çünki bunun üçün sürücünün nəqliyyat vasitəsi, onun idarə edilməsi barədə məlumatı olmalıdır”. 

Müsahibimiz 18 yaşı sürücülük üçün heç də erkən hesab etmir:
 

“Sürücülüyün yaşa bağlı olduğunu demək olmaz. Çünki elə şəxslər var ki, 18 yaşı olsa da, nəqliyyat vasitəsini 30-40 yaşındakılardan daha sərbəst idarə edir. Yəni sürücülük vəsiqəsini almaq üçün yaş artırılmamalıdır. Həmçinin sürücülük məsələsində qadın və kişi ayrı-seçkiliyi də olmamalıdır. Çünki yolda nəqliyyat vasitəsini idarə etmək şəxslərə bağlıdır. Buna görə də yaşın buna aidiyyəti yoxdur”. 


Aslan Əsədov sonda bildirib ki, sürücü üçün əsas olan nəqliyyat vasitələri barədə qanunu, idarəetməni bilməsidir.  

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin