Polşada ölən tələbə məktəb direktorunun oğlu imiş – FOTO

Hazırda oxunan: Polşada ölən tələbə məktəb direktorunun oğlu imiş – FOTO

212344

Polşada qəfil vəfat edən tələbə Xəzər Cabbarlının nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi məlum deyil. 

Bizim.Media xəbər verir ki, bu barədə “qafqazinfo.az”a açıqlamasında onun atası Azər Cabbarov bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Polşada azərbaycanlı tələbə vəfat etdi - FOTO


Laçın rayon 31 nömrəli tam orta məktəbin direktoru olan A.Cabbarov oğlunun ölüm səbəbinin ekspertiza rəyinin açıqlanmasından sonra məlum olacağını əlavə edib. 

Qeyd edək ki, Polşanın Krakov şəhərində yaşayan və magistr təhsili alan Xəzər Cabbarlı sentyabrın 19-da qəfil dünyasını dəyişib. 

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin İdarə Heyətinin sədri olan X.Cabbarlı ictimai sektorda fəal gənclərdən olub. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin