Çinin “Tianwen 1” ilk kosmik gəmisi keçən ilin iyul ayında Hainan adasından buraxılıb və uğurla Marsın səthinə enib. Bu günə qədər yalnız amerikalılar Marsa enməyi bacarıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı BBC-nin rus xidməti yayıb.
“Tianwen 1” kosmik gəmisi Marsın şimal yarımkürəsində Utopiya düzünün cənub hissəsində əvvəlcədən seçilmiş bir əraziyə enib. Roverin (“Marsoxod”) köməyi ilə ərazinin geologiyasını araşdırmaq planlaşdırılır.
“Tianwen-1” orbital moduldan, eniş platformasından və “marsoxod”dan ibarətdir.
Xinhua agentliyi yazır ki, fevral ayının sonunda zond orbitə daxil olub və uyğun bir eniş sahəsi seçmək üçün iki aydan çox vaxt sərf edib. Bundan əlavə o, planetin səthini çəkib.
Çinin Od Tanrısının adını daşıyan Zhuzhong “marsoxod”u platformadan ayrılmazdan əvvəl indi eniş yerini araşdırmalıdır.
Günəş enerjisi ilə işləyən “marsoxod”da yüksək ölçülü kamera var.
“Marsoxod” planetin səthini və atmosferini öyrənəcək. Zhuzhong ayrıca Marsda mümkün həyat əlamətlərini, yeraltı suları və buzlaqları axtaracaq.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
09:27 / 16.05.2021
Çinin kosmik gəmisi Marsın səthinə uğurlu eniş etdi – FOTO/VİDEO
Hazırda oxunan: Çinin kosmik gəmisi Marsın səthinə uğurlu eniş etdi – FOTO/VİDEO
Hazırda oxunan: Çinin kosmik gəmisi Marsın səthinə uğurlu eniş etdi – FOTO/VİDEO
21231
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.