“Bu çətin vəziyyətdə Ermənistan təşəbbüsü Azərbaycana verdi” - Tiqran Abramyan

Hazırda oxunan: “Bu çətin vəziyyətdə Ermənistan təşəbbüsü Azərbaycana verdi” - Tiqran Abramyan

21229

Bu çətin vəziyyətdə Ermənistan hakimiyyəti təşəbbüsü Azərbaycana, Ermənistanın taleyini xarici oyunçulara verərək geri çəkildi. 

Bizim.Media xəbər verir ki, bu fikirləri "Xenaket" analitik mərkəzinin rəhbəri Tiqran Abramyan özünün Facebook səhifəsində yazıb.

“Zəngəzurun (Sünik) və Göyçə mahalının (Geqarkunik) müxtəlif yerlərində gedən proseslərin coğrafi baxımdan genişlənərək digər bölgələrə yayıla biləcəyini aydın şəkildə anlamaq lazımdır.
 

MÖVZU İLƏ BAĞLI:

Abramyan: “Ermənistanın sərhəd məsələləri biabırçı gündədir”


Qarabağ ətrafındakı proses, bölgədəki kommunikasiyaların blokadadan çıxarılmasına dair danışıqlar, kənar oyunçuların nüfuz uğrunda apardığı şiddətli mübarizə və bir sıra digər amillər bir-biri ilə bağlıdır və bir addımda həll oluna bilməz.

Müharibədən sonrakı mürəkkəb proseslərin qətiyyətinin, iradəsinin və soyuqqanlı qərarların tələb olunduğu mərhələyə qədəm qoymuşuq.

Bu çətin vəziyyətdə Ermənistan hakimiyyəti təşəbbüsü Azərbaycana, Ermənistanın taleyini xarici oyunçulara təhvil verərək geri çəkildi”. “News.am” saytı Tiqran Abramyanın dediklərindən sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin