Leysan yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Hazırda oxunan: Leysan yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

212121

Sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Qrızda 6 mm, Şahdağda 4 mm, Kəlbəcər, Qax (Sarıbaş), Ordubadda 3 mm, Şəki, Xınalıq, Daşkəsən, Gədəbəy, Biləsuvar, Yardımlı, Lerik, Astara, Göygöl, Zaqatala, Qubada 2 mm-dək olub. 

Şərq küləyi arabir Culfada 20 m/s-dək güclənib. Daşkəsən, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 30, Aran rayonlarında 27, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin