Almaniyada “Telegram” sağçı ekstremistlər arasında ünsiyyət üçün əsas platforma ADLANDIRILIB

Hazırda oxunan: Almaniyada “Telegram” sağçı ekstremistlər arasında ünsiyyət üçün əsas platforma ADLANDIRILIB

212068

Alman əks-kəşfiyyatı “Telegram” messencerini Almaniyadakı sağçı ekstremistlər arasında ünsiyyət üçün əsas platforma adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə alman əks-kəşfiyyatının saytında dərc olunan “İnternetdə sağçı ekstremizm” broşürəsində deyilir.

“Telegram son illərdə müxtəlif sağçı ekstremist qrupların toplaşdığı platformaya çevrilib”, - mətndə qeyd edilib.

Broşürün müəllifləri hesab edirlər ki, radikallar heç bir filtrasiyadan keçməyən Telegram-da ideoloji materialları yayır, müxtəlif hadisələri elan edir və özlərinə yeni tərəfdarlar cəlb edirlər:

“İrqçi, antisemit, anti-islam və zorakı ifadələr, o cümlədən mücərrəd və ya konkret qətl niyyəti, çox vaxt mübahisəsiz qalır və ya digər istifadəçilər tərəfindən dəstəklənir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin