Amerikalı sahibkar İlon Maskın “Neuralink” şirkəti anadangəlmə görmə məhdudiyyətli şəxslər üçün xüsusi implant hazırlayır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İlon Mask “X” hesabında açıqlayıb.
“Blindsight” adlı implant sözügedən şəxslərdə görmə qabiliyyətini bərpa etməyə imkan verəcək.
Maskın sözlərinə görə, “Blindsight” cihazı hətta hər iki gözünü və görmə sinirini itirən şəxslərə də görmə imkanı verəcək.
Bildirilib ki, implant yerləşdirildikdən sonra görmə qabiliyyəti mərhələli şəkildə yaranacaq, onu daşıyan şəxslər infraqırmızı, ultrabənövşəyi və radar diapozonlarında görə biləcəklər.
Qeyd edək ki, “Neuralink” startapı 2016-cı ilin iyulunda Mask tərəfindən yaradılıb və insan beyninə yeridilməsi mümkün olan çiplərin hazırlanması ilə məşğul olur.
Bizim.Media