Rəqibinə təpik atan Musleranın cəzası BİLİNDİ

Hazırda oxunan: Rəqibinə təpik atan Musleranın cəzası BİLİNDİ

211928

Çempionlar Liqasının pley-off mərhələsinin "Yanq Boys"la (İsveçrə) keçirilən oyununda rəqib fubolçusuna təpik atan "Qalatasaray"ın qapıçısı Fernando Musleranın cəzası bəlli olub.

Bizim.Media xəbər verir ki, UEFA uruqvaylı qolkiperi 3 oyunluq diskvalifikasiya edib.

Muslera qarşılaşmanın 87-ci dəqiqəsində qol vuran Alan Virjinyusa təpik vurub. Həmin epizoda görə 38 yaşlı qolkiper birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Xatırladaq ki, "Yanq Boys"la hər iki oyunda uduzan (2:3, 0:1) "Qalatasaray" ÇL-lə vidalaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin