"Real" müdafiəçisi Ferlan Mendi ilə müqaviləni uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Bildirilir ki, 29 yaşlı oyunçu ilə 2027-ci il iyunun 30-na kimi müqavilə imzalanıb.
Qeyd olunur ki, klub və braziliyalı futbolçu müqaviləni hələ yayda razılaşdırıb. “Real" yaxın günlərdə Mendi ilə əməkdaşlığı davam etdirəcəyini rəsmən elan edəcək.
Ferlan Mendi bu mövsüm Madrid təmsilçisinin heyətində 5 oyuna çıxıb.
Bizim.Media