Milli Observatoriya ilə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair memorandum imzalandı – FOTO

Hazırda oxunan: Milli Observatoriya ilə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair memorandum imzalandı – FOTO

211889

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. 

Bizim.Media xəbər verir ki, sənədi Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyin direktoru Ülkər Səttarova imzalayıb.

Memoranduma əsasən, tərəflər əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsi, ali və orta ixtisas təhsil müəssisələrinin məzunlarının əmək bazarında məşğulluq vəziyyətinin təhlil edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrinə qəbul, yeni ixtisasların açılması üçün təkliflərin hazırlanıb təqdim olunması və məzunların göstəricilərinin statistik məlumatlar əsasında təhlili, əmək bazarında ixtisaslar, bacarıq və səriştələrə olan tələb haqqında ictimaiyyətin mütəmadi məlumatlandırılması, aktual problemlərin şərhinin verilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin