“Dərnəgül”də qatarlar arasında 9 dəqiqəlik interval YARANDI – Metropolitendən AÇIQLAMA

Hazırda oxunan: “Dərnəgül”də qatarlar arasında 9 dəqiqəlik interval YARANDI – Metropolitendən AÇIQLAMA

211810

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Dərnəgül” stansiyasından “Azadlıq prospekti” stansiyası istiqamətində gələn qatarlar arasında interval 9 dəqiqəyə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “qafqazinfo.az”a sərnişinlər məlumat veriblər. 

Onların iddiasına görə, tədris ilinin başlanması ilə əlaqədar sıxlıq müşahidə olunur, qatarların bu qədər gecikməsi isə sıxlığı bir az da artırır. 

Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirdi ki, qeyd olunan stansiyada intervalın bu qədər artması sərnişin sıxlığının azaldılması üçün qatar manevrlərindən istifadə ilə bağlıdır: 

“Metropolitendə səhər tezdən gur saatlarda texniki cəhətdən mümkün ən sıx intervallar təyin edildiyindən, sərnişin sıxlığının tənzimlənməsi üçün qatarların manevrlərindən istifadə olunur. Bu isə o deməkdir ki, bir istiqamətdə “Memar Əcəmi” stansiyasından, digər istiqamətdə isə “Neftçilər” stansiyasından bir qatar geri qaytarılır. Bu bir qatarın geri qayıtması nəticəsində metronun əsas stansiyaları olan “20 Yanvar” və “Koroğlu”nun sərnişin yükü azaldılır. Bu səbəbdən bir saat ərzində bir dəfə dediyimiz istiqamətdə “Dərnəgül”dən “Memar Əcəmi”yə qədər və ya “Memar Əcəmi”dən “Dərnəgül” istiqamətində intervalın iki dəfə artıq olması mümkündür. Eyni hal “Neftçilər” - “Həzi Aslanov” stansiyaları istiqamətinə də aiddir. Eyni zamanda, “Neftçilər” istiqamətindən gələndə belə hallarda “Həzi Aslanov” stansiyasından dalbadal eyni istiqamətdə gedən 3 qatar görmək olar”. 

B. Məmmədli, həmçinin əlavə edib ki, bu nasazlıq xətdə olan problemlə bağlı deyil. Xəttin ən gur sərnişin olan hissəsində sərnişin axınının tənzimlənməsi məqsədilə həyata keçirlir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin