Paşinyanın oğlu cəbhədə deyil - Aşotun ifşası

Hazırda oxunan: Paşinyanın oğlu cəbhədə deyil - Aşotun ifşası

2118

Sosial şəbəkələrin erməni seqmetində Paşinyan ailəsi yenidən sərt tənqid hədəfindədir.
Buna səbəb baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan, oğlu Aşot Paşinyan və parlamentin sədri Ararat Mirzoyanın olduğu fotonun üzə çıxmasıdır.

Belə ki, ermənilər həmin foto ilə Anna və oğlunu ifşa ediblər. Onlar paylaşımlarına istehza ilə "ön cəbhədə" yazıb və Paşinyan ailəsini xalqı aldatmaqda ittiham ediblər.

Göründüyü kimi, Anna Akopyan oğlu Aşotun guya Qarabağa döyüşə getdiyini bildirsə də, bu foto onun yalanını üzə çıxarıb. Dağlıq Qarabağda qızğın döyüşlərin getdiyi, erməni əsgərlərin Azərbaycan Ordusu tərəfindən məhv edildiyi bir məqamda Paşinyanın oğlunun gülərək foto çəkdirməsi hiddət doğurub. Ermənilər Paşinyan ailəsini tənqid edərək, insan həyatının onlar üçün dəyərsiz olduğunu bildiriblər. (Azvision)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin