Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kilsədə görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılıb.
Dövlət başçısına məlumat verilib ki, yenidənqurma zamanı tikilinin 50 faizə yaxın kərpicləri, daşları bərpa olunub. Həmçinin həyətyanı sahə abadlaşdırılıb, sahəsi hasarlanıb, bulaq və üç gölməçə yaradılıb.
Qeyd edilib ki, kilsənin tavanı, döşəməsi dəyişdirilib:
"Kilsənin aşağı hissəsi XII əsrdə tikilmişdir, Siz onların dağıntılarını da görə bilərsiniz. Biz onların bəzilərini bərpa etmişik. İkinci hissənin tikintisi isə 1898-ci ildə davam etdirilmişdir və bərpa olunmuşdur. Çox pis vəziyyətdə idi. Bərpa zamanı işlər Afina memarlığına uyğun olaraq aparılmışdır. Həm daxili, həm xarici tərtibata heç bir xələl gətirilməmişdir. Biz çalışmışıq ki, o vaxt tikinti zamanı istifadə olunan inşaat materiallarından istifadə edək".
Prezident İlham Əliyev İkinci Qarabağ Müharibəsi dövründə kilsənin açılışı olduğunu qeyd edib:
"Mənə Leyla danışmışdı ki, burada olarkən söhbət əsnasında bu kilsə ilə bağlı məsələ qaldırıldı. O da Bakıya gələn kimi dərhal bu məsələni qaldırdı və ondan sonra bərpa işlərinə start verilmişdir. Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi dövründə bu kilsənin açılışı olmuşdur".
Həmçinin pandemiyaya, 44 günlük müharibəyə baxmayaraq, burada bərpa işlərinin dayanmadığı Prezidentin diqqətinə çatdırılıb.
"Bizim müdrik Prezidentimiz, Leyla xanım tək Sizin qızınız deyil, o, bizim də qızımızdır, Udi qızıdır. Bəli, bir xahişimizlə bu kilsəni bizə hədiyyə etdi. Pandemiyaya, 44 günlük müharibəyə baxmayaraq, burada bərpa işləri bir gün də dayanmadı. Burada doqquz xalqın nümayəndələri çalışıblar. Çox sağ olun. Təşəkkürümüzü bildiririk".
***
Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:10 / 15.05.2021
İlham Əliyev və ailəsi Müqəddəs Məryəm Ana Alban kilsəsində oldu - Yenilənib - FOTO
Hazırda oxunan: İlham Əliyev və ailəsi Müqəddəs Məryəm Ana Alban kilsəsində oldu - Yenilənib - FOTO
Hazırda oxunan: İlham Əliyev və ailəsi Müqəddəs Məryəm Ana Alban kilsəsində oldu - Yenilənib - FOTO
21171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.