Özünü şəhid ailəsi kimi təqdim edən QADIN HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Özünü şəhid ailəsi kimi təqdim edən QADIN HƏBS EDİLDİ - FOTO

211667

Mingəçevirdə dələduzluq edən qadın tutulub.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Mingəçevir ŞPŞ-nin əməkdaşları dələduzluqda şübhəli bilinən Rəsmiyyə Kazımovanı saxlayıblar.

Məlum olub ki, R.Kazımova zərərçəkmişə özünü şəhid ailəsi kimi təqdim edərək dövlət tərəfindən veriləcək fərdi yaşayış evini ona pay edəcəyini bildirib. O, sənədləşmə üçün həmin şəxsin 22 500 manat pulunu dələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Kazımova barəsində həbs qətimkan tədbiri seçilib.

Onun analoji əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin