Son illər Ermənistanda korrupsiyada təqsirli bilinən daha çox məmur qanunsuz əldə etdiyi əmlakı qaytarmaqla cinayət məsuliyyətindən yayınıb.
Bizim.Media erməni mətbuata istinadən xəbər verir ki, bu mexanizm 2020-ci ildə “Qanunsuz əmlakın müsadirəsi haqqında” Qanunun qəbulu ilə tətbiq edilib. Qanuna əsasən qanunsuz varlanan şəxslər dövlətə dəymiş ziyanı ödəyə və bununla da həbsdən yayına bilirlər.
Sonuncu belə hadisə sentyabrın 12-də qeydə alınıb: prokurorluq bildirib ki, sabiq müdafiə nazirinin müavini Alik Mirzəbekyan 500 min dollara yaxın təzminat ödəməyə razılaşaraq barışıq sazişi bağlayıb. Onun qanunsuz olaraq daşınmaz əmlak, nəqliyyat vasitələri və bank əmanətləri əldə etməsi müəyyən olunub.
Ötən il isə Ermənistanın üçüncü prezidentinin keçmiş mühafizə xidmətinin rəisi Vaçaqan Kazaryan, keçmiş polis rəisi Vladimir Qasparyanın qızı, Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan və paytaxtın Erebuni rayonunun keçmiş rəhbəri Armen Arutyunyan kimi tanınmış simalar da oxşar cinayət təqibindən yayınıblar.
Cinayət təqibindən daha çox təzminatların təmin edilməsi təcrübəsi mübahisəlidir. Bu, bir tərəfdən dövlətə itirilmiş resursları tez bir zamanda bərpa etməyə imkan verir, digər tərəfdən isə ciddi ictimai narazılığa səbəb olur. Çoxları hesab edir ki, bu, vicdansız məmurlar üçün bir növ boşluğa çevrilə bilər və onlara hər an cəzadan qurtulmağa imkan verir.
Vəkilləri isə bildirirlər ki, yüksək vəzifəli məmurlar dövlətdən oğurluq edir, sonra isə “hesabı” verirlər.
Bizim.Media
- A-
- A
- A+
Region
22:10 / 15.09.2024
Ermənistanda qanunsuz varlananlar dövlətə dəyən ziyanı ödəyərək həbsdən yayınırlar - FAKTLAR
Hazırda oxunan: Ermənistanda qanunsuz varlananlar dövlətə dəyən ziyanı ödəyərək həbsdən yayınırlar - FAKTLAR
Hazırda oxunan: Ermənistanda qanunsuz varlananlar dövlətə dəyən ziyanı ödəyərək həbsdən yayınırlar - FAKTLAR
211616
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.