Şəkidə 51 yaşlı usta təmir zamanı damdan yıxılaraq ölüb

Hazırda oxunan: Şəkidə 51 yaşlı usta təmir zamanı damdan yıxılaraq ölüb

211443

Şəkinin Baş Göynük kəndində usta təmir apardığı evin damından yıxılaraq ölüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 51 yaşlı Baş Göynük kənd sakini Nəzər Orucov qonşu evlərdən birinin damında təmir işləri aparan zaman ehtiyatsızlıqdan yerə yıxılıb.

Təmir işləri aparılan evin qonşuluğunda yaşayan İsmayıl Babayev bildirib ki, onlar da hadisədən sonra xəbər tutublar. O bildirib ki, dərhal əraziyə Təcili Tibbi Yardım çağırıblar. 51 yaşlı usta  Təcili Tibbi Yardım briqadasının yardımıyla Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bir neçə saatdan sonra Nəzər Orucov xəstəxanada vəfat edib. 

Qeyd edək ki, baş verən bədbəxt hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin