Qubada narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb. 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya  bildirilib ki, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində 2-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş S.Novruzova məxsus həyətyanı sahəyə baxış keçirilib.
 
MÖVZU İLƏ BAĞLI:
“Şaka” narkotik satışına görə tutuldu - FOTO
Əməliyyat zamanı oradan 3 dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 
Bizim.Media





























































































