Polietilen sellofanlar zərərlidirsə, zibil üçün hansı torbadan İSTİFADƏ EDƏK?

Hazırda oxunan: Polietilen sellofanlar zərərlidirsə, zibil üçün hansı torbadan İSTİFADƏ EDƏK?

211328

Ötən ilin fevral ayından bəri polietilen torbalar marketlərdə ödənişlidir. Bu qərarın qəbul edilməsində məqsəd plastik torbaların ekologiyaya dəyən ziyanın sayını azaltmaq idi. Marketlərin piştaxtalarında da parça torbalar görünməyə başladı.

Bəs bunun faydası nə oldu?

Hər dəfə kassaya gəlib hansısa məhsul almaq istədikdə, xəzinədar sual verir: “Torba olsun?”. Bu suala “yox” cavabını verən çox az insan var. Pullu da olsa, insanlar torbanı alırlar. Çünki düşünürlər ki, 3-5 qəpiklə heç kəs varlanmayacaq. Amma bu qərarın verilməsində məqsəd ekoloji amil idi, kiminsə varlanması deyildi axı...

İnsanların bu suala “yox” cavabı verməsindən  çəkinməsinin başqa səbəbi də “xəsis” kimi görünmək istəməmələridir. Təəssüf ki, cəmiyyətimizin “xarici qınaq” narahatlığı adicə polietilen torbada belə özünü göstərir.

3-5 qəpiklə kim varlandı?

İqtisadçı Akif Nəsirli Bizim.Media-ya bildirib ki, polietilen torbaların ödənişli olması marketlərə əlavə gəlir gətirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Polietilen torbaların istehsalı kəskin ARTDI – Qadağa niyə əks effekt verir?


“Plastik torbaları pullu etmək sadəcə marketlərə xeyir gətirdi. Çünki onlar torbaları pullu alıb pulsuz insanlara verirdilər. Amma indi marketlər maya dəyərindən yüksək alıcılara sataraq gəlir əldə edirlər.

Ekoloji amili nəzərə alsaq, marketlərdə plastik torbaların istifadəsi ümumiyyətlə qadağan olunmalıdır ki, plastik torbalar və butulkalar istehsal edilməsin. Bu halda o məqsədə çatmaq mümkün idi. Parça torbalar küçəyə atılmır. Atılsa da, çürüyüb torpağa qarışır. Plastik torbalar və butulkalar bu gün qlobal istiləşmənin əsas səbəblərindən biridir”.

Bəs zibillər üçün hansı torbadan istifadə edək?

Ərzaqlar üçün parça torbadan istifadə etsək, bəs zibil üçün nədən istifadə etməli olduğumuzu düşünə bilərsiniz. Çünki çox adam plastik torbanı həm də zibil atmaq üçün alır. Amma zibilləri atmaq üçün də ekoloji torbalar var. Bu torbalar rahatlıqla çürüyüb torpağa qarışa bilir. Nə qədər az plastik torba və butulka istifadə etsək, o qədər az zibil tükətmiş olarıq. Plastik 200 ildən 1000 ilə qədər təbiətdə çürümədən qalmaq kimi qorxulu xüsusiyyətə malikdir.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin