Hazırda Bakı Metrosunda 3 xətt üzrə 61 qatar fəaliyyətdədir. Bu qatarların 23-ü yeni nəsil və yaxud sərnişinlərin kondisionerli adlandırdığı qatarlardır.
Bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-nın sualına cavab olaraq deyib.
O bildirib ki, hazırda xətdə olan qatarların 50 faizi yeni nəsil qatarlardır:
“Yeni nəsil qatarların hər biri yaşıl, qırmızı xətlərimizdə hərəkət edr. 3 qatarımız - İçərişəhər – Həzi Aslanov, 20 qatar isə Dərnəgül – Həzi Aslanov istiqamətində hərəkət edir. Bu nəsil qatarlar da gün ərzində 40-46 qatar xətdə olduğundan təxminən xətdə olan qatarların 50 faizə yaxını yeni nəsil qatarlar hesab oluna bilər”.
Günay Şahmar, Səid Qurbanov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:10 / 13.09.2024
“Qatarların 50 faizə yaxını yeni nəsil vaqonlarıdır”- Metropoliten rəsmisi
Hazırda oxunan: “Qatarların 50 faizə yaxını yeni nəsil vaqonlarıdır”- Metropoliten rəsmisi
Hazırda oxunan: “Qatarların 50 faizə yaxını yeni nəsil vaqonlarıdır”- Metropoliten rəsmisi
211298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.