Azərbaycanın Braziliyadakı səfirinə vəzifə verildi

Hazırda oxunan: Azərbaycanın Braziliyadakı səfirinə vəzifə verildi

21128

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Azərbaycan Karib Hövzəsi Ölkələri Birliyi (CARİCOM) təşkilatının yanında səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.

Azərbaycanın Braziliyadakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu barədə məktub CARİCOM-un baş katibi İrvin Laroka onlayn formatda təqdim edilib.

E.Poluxov bu təşkilatı regional təhlükəsizliyin gücləndirilməsində, demokratiyanın təşviqində əhəmiyyətli platforma kimi qiymətləndirib, rəsmi Bakının bu proseslərə töhfə verməyinə hazır olduğunu qeyd edib.

Azərbaycanın dünya arenasında özünə məxsus yer tutduğunu bildirən E.Poluxov ölkəmizin neçə illəridir ki, erməni təcavüzü ilə üz-üzə qaldığı, ölkəmizin böyük mənəvi və maddi zərbələrlə üzləşdiyi bildirilib və 44 günlük Vətən müharibəsinin nəticələrinə dair məlumat verib.

İ.Larok səfir E.Poluxovu təyinatı münasibəti ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. 

Qeyd edək ki, CARİCOM Karib regionunu təmsil edən on beş tam və beş əlaqəli (associate) üzv dövlətdən ibarət olan bir təşkilatdır. Beliz, Surinam və Qayana istisna olmaqla digər üzv ölkələr ada ölkələrdir və təşkilat çərçivəsində bir sıra mühüm məsələlərdə birgə mövqedən çıxış edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin