ABŞ-ın Kanzas ştatında baş verən məhkəmə prosesi səs-küyə səbəb olub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, prokurorluğun təkrar araşdırmasından sonra 43 il həbs həyatı yaşayan məhbusun günahsız olduğu üzə çıxıb və o, azadlığa buraxılıb.
Hazırda 61 yaşı olan Kevin Strukland 1978-ci ilin aprel ayında qətl hadisəsində günahlandırılaraq həbs olunub. 1979-cu ildə baraət alaraq azadlığa buraxılıb. Lakin iki aydan sonra ikinci dərəcəli qətldə yenidən günahlandırılaraq həbs edilib.
Ötən il yerli qəzetlərdən biri 1978-ci il xəbərlərinə istinad edərək, qətl ittihamını qəbul edən digər iki şəxsin Striklandın onların yanında olmaması barədə ifadələrini üzə çıxarıb.
Bu xəbərdən sonra noyabr ayında prokurorluqda yenidən araşdırma başlanıb və istintaq nəticəsində az qala yarım əsr məhbusluq həyatı yaşayan qaradərili Kevin Striklandın günahsız olduğu üzə çıxıb.
Ştatın media qurumlarına açıqlama verən Strikland Müalicə Mərkəzində tibbi müayinədən keçdikdən sonra sərbəst buraxıldığını bildirib.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
Dünya
19:00 / 14.05.2021
Yarım əsrə qədər həbsdə qalan məhbus günahsız imiş – ABŞ məhkəməsinin növbəti səhvi - FOTO
Hazırda oxunan: Yarım əsrə qədər həbsdə qalan məhbus günahsız imiş – ABŞ məhkəməsinin növbəti səhvi - FOTO
Hazırda oxunan: Yarım əsrə qədər həbsdə qalan məhbus günahsız imiş – ABŞ məhkəməsinin növbəti səhvi - FOTO
21127
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.