Xəbər verildiyi kimi, Avropa Mərkəzi Bankı (ECB) uçot faiz dərəcəsini 4,25 %-dən 3,65 %-ə endirmək barədə qərar qəbul edib.
Məlumata görə, depozit xəttinin dərəcəsi 3,5 %-ə, əsas yenidən maliyyələşdirmə əməliyyatları və marjinal kredit üzrə faiz dərəcələri müvafiq olaraq 3,65 % və 3,90 %-ə endiriləcək. Dəyişikliklər sentyabrın 18-dən qüvvəyə minəcək. Nəzərə alaq ki, iyul iclasının sonunda dərəcələr müvafiq olaraq 3,75 %, 4,25 % və 4,5 % olub.
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) açıq bazar üzrə Rəhbər Komitəsinin üzvləri bu ilin mayında inflyasiyanın kifayət qədər sürətlə azalmadığından narahat olduqlarını və 2024-cü ildə də baza faiz dərəcəsinin azalacağını gözlədiklərini bildiriblər.
Bəs, uçot dərəcəsinin aşağı salınmasını zəruri edən səbəb nədir?
Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, artıq dünya ölkələrinin mərkəzi bankları, ehtiyat sistemləri infilyasiyaya görə atrırdıqları uçot dərəcələrini yavaş-yavaş aşağı salmağa başlayırlar:
“Çünki uçot dərəcəsinin artırılmasının səbəbi həm ABŞ-da, həm Avropada, həm də Azərbaycanda yüksək infilyasiya göstəriciləri idi. Nəzərə alaq ki, pandemiya dönəmində son 40 ilin ən yüksək infilyasiya dövrünü yaşadıq. Nəticədə, uçot dərəcələrini artırmaqla iqtisadiyyatda aktivliyi azldaraq infilyasiyanı aşağı çəkməyə çalışırdilar.
İndi isə buna ehtiyac yoxdur.
İnfilyasiya hədəf səviyyələrinə yaxındır. Amerikada və Avropada infilyasiya təxminən 2-3 faiz civarındadır. Ona görə də uçot dərəcəsini aşağı salmaqla iqtisadi aktivliyi canlandırmağa çalışırlar. Gələcəkdə bu addımlar sürətlənəcək.
Federal Uçot Sisteminin bu aykı toplantısında yəqin ki, uçot dərəcəsinin növbəti dəfə aşağı salınmasının şahidi olacağıq. Bu da dünya iqtisadiyyatında canlanmaya hesablanmış bir addımdır. Çünki pandemiyanın iqtisadiyyata vurduğu zərbə tam aradan qalxmayıb. İndi mərkəzi bankların iqtisadi aktivliyi artırmaq cəhdləri pandemiya öncəsi dövrə qayıtmaq təşəbbüsləri kimi qiymətləndirilməlidir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:20 / 13.09.2024
Dollar və avro UCUZLAŞACAQ? – MÜHÜM PROQNOZ
Hazırda oxunan: Dollar və avro UCUZLAŞACAQ? – MÜHÜM PROQNOZ
Hazırda oxunan: Dollar və avro UCUZLAŞACAQ? – MÜHÜM PROQNOZ
Avropa Mərkəzi Bankının uçot dərəcəsini endirməsi ilə əlaqədar mütəxəssis Natiq Cəfərli vəzifələrin zəruriyyətini aydınlaşdırır və iqtisadi canlanmanın yaxınlaşdığını göstərir.
211267
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.