İki nəfərin ölümünə səbəb olan avtobus sürücüsünə AĞIR CƏZA

Hazırda oxunan: İki nəfərin ölümünə səbəb olan avtobus sürücüsünə AĞIR CƏZA

211113

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən 187 nömrəli avtobusun sürücüsü Orxan Səfərovun məhkəməsi başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə tərəflər dinlənilib. 

Təqsirləndirilən şəxs avtobusda nasazlıq olduğuna görə qəzaya şərait yarandığını iddia edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda avtobusla minik avtomobili TOQQUŞDU – Ölənlər var 


Hüquqi şəxs isə bildirib ki, bu barədə onlara məlumat verilməyib: "Avtobusun yola çıxmasına "Çinar Trans MMC" tərəfindən yararlılıq vərəqəsi verilib. Yəni, texniki baxışdan keçirilib və yola çıxmasına izin verilib. Nasazlıq daha sonra baş veribsə bu barədə sürücü bizi məlumatlandırmalıydı. Lakin belə bir hal barəsində bizə xəbər verilmıyib. Hazırda da avtobus tam təmir olunub və marşrut xətti üzrə işləyir".

Yekun qərar olaraq Orxan Səfərov 7 il müddətində azadlıqdan məhrum edilib və 4 il müddətində sürücülük hüququ əlindən alınıb. Təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Sünbül” şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Səfərov Orxan Adil oğlunun idarə etdiyi 187 nömrəli xətt avtobusunun toqquşması nəticəsində "Opel Astra" markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, avtobusun sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib. O.Səfərova qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin