“Mən Almanita kansleri Olaf Şoltsun “sülh planı” haqqında heç nə bilmirəm. Ukrayna tərəfinin iştirakı olmadan bizimlə bağlı heç bir planlar qurula bilməz. Hətta belə bir planın olduğuna belə əmin deyiləm”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə "Krım Platforması"nın növbəti sammitinin yekunu ilə bağlı Latviya, Litva və Xorvatiya liderləri ilə birgə mətbuat konfransında bildirib.
"Mən qələbə planı ilə bağlı qətiyyətli olacağam. Əvvəlcə bunu ABŞ Prezidenti Cozef Baydenlə müzakirə edəcəyik. Bizim sülh, qələbə planımız əsasən ABŞ-nin, həm də digər tərəfdaşların dəstəyindən asılıdır. Çünki əvvəlcə Ukraynanı əsasən silah-sursat baxımından ciddi şəkildə gücləndirmək lazımdır. Hələlik dövlət başçısı bunu ABŞ Prezidenti Cozef Baydenlə müzakirə edirik" - Ukrayna lideri əlavə edib.
Zelenski bildirib ki, Rusiyanı müharibəni diplomatik yolla bitirməyə razı salmaq üçün Sülh Sammitinə qədər bu plan təqdim edilməlidir.
Qeyd edək ki, növbəti Sülh Sammiti cari ilin noyabr ayında Braziliyada keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:33 / 11.09.2024
Zelenskidən Şoltsun “sülh planı”na REAKSİYA: “Bizimlə bağlı heç bir planlar qurula bilməz” - VİDEO
Hazırda oxunan: Zelenskidən Şoltsun “sülh planı”na REAKSİYA: “Bizimlə bağlı heç bir planlar qurula bilməz” - VİDEO
Hazırda oxunan: Zelenskidən Şoltsun “sülh planı”na REAKSİYA: “Bizimlə bağlı heç bir planlar qurula bilməz” - VİDEO
211050
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.