“Rusiya Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasının tərəfdarıdır” - Zaxarova

Hazırda oxunan: “Rusiya Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasının tərəfdarıdır” - Zaxarova

211042

“Rusiya ardıcıl olaraq Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasının tərəfdarıdır, bununla bağlı bütün tərəflərin maraqları qeyd-şərtsiz nəzərə alınır”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı bildirib.

O, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini xatırladıb:

“Bu, bəyanat, regionda nəqliyyat marşrutlarının açılmasından bəhs edir. Rusiya tərəfi isə öz öhdəliklərinə 100 faiz sadiq qalır. Biz əminik ki, belə formul təkcə Bakı və İrəvanın deyil, bütün qonşuların, mən regiondakı qonşuları, o cümlədən Rusiya, İran və Türkiyənin maraqlarına cavab verir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin