Gürcüstan prezidenti Salome Zurabişvili ölkəni Avropa yoluna qaytarmaq və Avropa ilə danışıqlar aparan şəxs olmaq üçün ikinci müddətə prezidentliyə namizəd olmağa hazır olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, Zurabişvili bu barədə “Le Figaro” qəzetinə müsahibəsində bildirib.
O, hökuməti Gürcüstanı Avropadan uzaqlaşdırmaq və Rusiya ilə yaxınlaşdırmağa çalışmaqda ittiham edib.
Zurabişvili oktyabrın 26-da keçiriləcək parlament seçkilərini ölkənin Avropa gələcəyi üçün həlledici adlandırıb.
Qeyd edək ki, hazırki prezident 2018-ci ildə 6 il müddətinə seçilib. Onun səlahiyyətləri bu payızda başa çatır. Konstitusiyaya edilən yeni dəyişikliklərə əsasən, gələcək prezident oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra parlament üzvləri və yerli hakimiyyət orqanlarının nümayəndələrindən ibarət 300 seçicidən ibarət kollegiya tərəfindən 5 il müddətinə seçiləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:25 / 10.09.2024
Salome Zurabişvili ikinci müddətə prezidentliyə namizəd olmaq İSTƏYİR
Hazırda oxunan: Salome Zurabişvili ikinci müddətə prezidentliyə namizəd olmaq İSTƏYİR
Hazırda oxunan: Salome Zurabişvili ikinci müddətə prezidentliyə namizəd olmaq İSTƏYİR
210890
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.