Narin cinayəti ilə bağlı YENİ İDDİA – Azyaşlının ölümünə bu hadisə səbəb olub

Hazırda oxunan: Narin cinayəti ilə bağlı YENİ İDDİA – Azyaşlının ölümünə bu hadisə səbəb olub

210812

Türkiyədə gündəm olan 8 yaşlı Narinin cinayəti ilə bağlı yeni detallar üzə çıxıb. 

Bizim.Media “Haber Türk”ə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən bir qisminin ifadəsi yayılıb. 

Cəsədi gizlədən şəxs Nevzat Bahtiyar daha əvvəl Narinin əmisinin ona bu işə görə 200 min lirə təklif etdiyini etiraf etmişdi. Onun 35 suallıq ifadəsinin tam mətnində  qeyd olunub ki, uşağı əmisi Salih Güranın öldürdüyünü düşünür: 
 

MÖVZU İLƏ BAĞLI:

Narinin meyitini gizlədən şəxsdən ETİRAF: 200 min lirə alıbmış


“Mənə cəsədi Salih Güran verdi. Üzərində hansısa xəsarət izi yox idi, amma rəngi tamam qaçmışdı. Onunla birgə kiminsə olduğunu görə bilmədim. Çünki maşının arxa pəncərələri qara plyonka ilə bağlanmışdı.  

... Arif Güranla (Narinin atası – red.) problemim yoxdur. Bu işi əmisinin təklifi ilə görmüşəm. Əmisi isə mənə təklif etdiyi pulu vermədi. Dedi ki, biçindən sonra verəcək. Amma kənddə yayılan məlumata görə əmisi atasını “TikTok” sosial şəbəkəsində təhdid edib. Ona “Sənə elə bir kədər yaşadacam ki, əsla unutmayacaqsan” deyə bildirib. Bundan əlavə məlumatım yoxdur”. 

Salih Güran isə Narinin atası olması ilə bağlı polisin səsləndirdiyi iddiaları rədd edib: 

“Narin Güranın atası olmaq ehtimalım yoxdur. Ümumiyyətlə onlarla problemim olmayıb. Qardaşımı təhdid etməmişəm. Elə bir şey yoxdur. Narini maşına mindirməmişəm”. 

O, maşınından Narinə məxsus izlərin çıxması ilə bağlı sualları da qismən cavablandırıb. 

Türkiyəli aparıcı Didem Arslan Yılmaz öz mənbələrinə əsaslanaraq Narinin əmisi ilə anasının münasibətini gördüyü üçün öldürüldüyünü iddia edib.  

Əlavə edək ki, istintaq – axtarış tədbirlərində Narinin Quran kursunda istifadə etdiyi yaşıl rəngli kəlağayı evdən tapılıb. Anası onu xatırlamadığını iddia etsə də, müəllimi kəlağayının Narinə aid olduğunu təsdiqləyib. Lakin polisin axtarışları zamanı valideynləri uşağın evə gəlmədiyini bildirmişdilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin