Eldar Əzizov sahibkarları dövlətə qarşı qaldırır? — Bakı merinə MÜRACİƏT

Hazırda oxunan: Eldar Əzizov sahibkarları dövlətə qarşı qaldırır? — Bakı merinə MÜRACİƏT

210811

“20 Yanvar" metro stansiyasının yeraltı keçidində ticarət köşklərində fəaliyyət göstərən sahibkarlar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ediblər. 

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, İctimai Nəzarət Mərkəzinə “Klassik Aİ” MMM şirkətinin rəhbərliyi tərəfindən müraciət daxil olub. 

Məlumata görə, müraciət İctimai Nəzarət Mərkəzinin İdarə Heyətində müzakirə olunub.

Müraciətin mətnində bir daha diqqətə çatdırılıb ki, 30 avqust 2024-cü il tarixdən “Klassik Aİ”MMM şirkətinə məxsus "20 Yanvar" metro stansiyasının keçidində 25 ildən artıq fəaliyyət göstərən ticarət köşklərinin işi Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən şifahi xəbərdarlıq olunaraq məcburi dayandırılıb. Bununla bağlı şirkət tərəfindən aidiyyətı qurumlara müraciət olunsa da, müsbət cavab alınmayıb.  

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı milli, bəşəri və mütərəqqi siyasətin nəticəsi olaraq, xalqımız və dövlətimiz tarixi zəfər əldə edib, ərazi bütövlüyümüz tam bərpa olunub və bizim üzərimizə tarixi məsuliyyət düşüb. Biz ölkəmizdə zəfərə layiq cəmiyyət qurmalıyıq, elə bir cəmiyyət ki, ölkə Prezidentinin tapşırıqlarına əsasən vətəndaş rifahı və vətəndaş məmnunluğu təmin edilsin. Heç bir əsas olmadan insanların o cümlədən sahibkarların hüquqları tapdalanmasın, sahibkarların fəaliyyətinə heç bir əsassız və qanunsuz müdaxilə edilməsin, sahibkarla dövlət arasında qara əllər dolaşmasın. Hansısa məmurlar dövlət və beynəlxaq əhəmiyyətli tədbirlərdən sui istifadə edib öz şəxsi mənafeyi naminə vəziyyətdən yararlanmasın, çünki bütün bu hallar dövlətçiliyimizə və inkişafımıza müəyyən mənada zərbə vurur”.  

Sahibkarlar yuxarıda göstərilənləri nəzərə alaraq yaranmış vəziyyətin aidiyyəti qurumlar tərəfindən obyektiv şəkildə araşdırılacağına,  vətəndaşın və sahibkarın hüquqlarının tapdalanmaması şərtilə ədalətli qərar qəbul olunacağını inamlarını ifadə ediblər.  

Qeyd edək ki, müraciətin surəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, iqtisadiyyat naziri Mikayıl Cabbarova, daxili işlər naziri Vilayət Eyvazova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, Bakı şəhər Baş Polis İdarəsini rəisi Əkbər İsmayılova da göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin