Azərbaycan Premyer Liqasının oyunu IX turun startı koronavirus səbəbindən təxirə salınıb.
Bizim.Media “ApaSport”-a istinadən bildirir ki, bu gün keçirilməli olan “Sabah” - “Zirə” görüşü baş tutmayacaq.
Buna səbəb meydan sahiblərinin koronavirusa yoluxmasıdır. “Sabah”-ın üzvlərində testin müsbət nəticə verməsi oyunun təşkilinə mane olub. Bu, Azərbaycan Premyer Liqasında koronavirusa ilk yoluxma halıdır. Futbolçuların yenidən koronavirus testindən keçməsi matçın baş tutmasına mane olub.
Bu üzdən də qarşılaşma qeyri-müəyyən vaxta təxirə salınıb. Koronavirusa yoluxanların kimliyi açıqlanmır.
Qeyd edək ki, turun digər matçları noyabrın 7-8-də keçiriləcək. Sabah “Keşlə” “Qəbələ”ni, “Səbail” “Sumqayıt”ı, ertəsi gün “Neftçi” “Qarabağ”ı qəbul edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:33 / 06.11.2020
Azərbaycan Premyer Liqasının oyunu təxirə salınıb
Hazırda oxunan: Azərbaycan Premyer Liqasının oyunu təxirə salınıb
Hazırda oxunan: Azərbaycan Premyer Liqasının oyunu təxirə salınıb
2108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.