Narinin meyitini gizlədən şəxsdən ETİRAF: 200 min lirə alıbmış

Hazırda oxunan: Narinin meyitini gizlədən şəxsdən ETİRAF: 200 min lirə alıbmış

Narin cinayətində ifadə verən şübhəli şəxs N.B, cinayəti ört-basdırmaq üçün 200 min lirə aldığını etiraf edib. N.B, uşağı gizlətmək üçün ağac yaxınında yer tapdığını və uşağın ayağındakı kəsik barədə məlumat vermədiyini iddia edir.
210703

Narin cinayətində ifadə verən şübhəli şəxs N.B cinayəti ört-basdır eləmək üçün pul alıb. 

Bizim.Media “Haber Türk”ə istinadən xəbər verir ki, bu istintaq zamanı saxlanılan 24-cü şəxs N.B-nin etirafında qeyd olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Meyiti tapılan Narinin anası, atası və qardaşı TUTULDU


Belə ki, N.B kəndin muxtarı, Narinin əmisi Salim Güran ilə yolda qarşılaşdığını bildirib: 

“Mən yolda maşınımla gedərkən muxtar arxadan siqnal verərək saxlamağımı istədi. Sonra hər ikimizdə maşından düşdük. Mən yaşadığım su problemi ilə əlaqədar ola biləcəyini düşünmüşdüm. Lakin, o maşının qarşısında adyala bükülmüş bir şeyi göstərərək məndən onu “yox eləməyimi” istədi. Yaxınlaşıb baxanda gördüm ki, bu insandır və tərəddütlə inkar etdim”. 

Şübhəli şəxs daha sonra ona külli miqdarda pul təklif edildiyini açıqlayıb: 

“Mənə dedi ki, ailəni düşün. Sənə bu işin qarşılığında 200 min lirə pul verərəm. Ətrafı yoxlayıb soruşdu ki, yanımda kisə var və məndə maşından gətirdim. Uşağı əmisi ilə birgə kisəyə qoyduq. Üzərində qara köynək və şort var idi. Boynunun qırağı isə qızarmışdı. Onu mənim maşınıma qoyduq. Uşağı “Əgərtutmaz” dərəsinə götürməyimi tələb etdi”. 

Daha sonra N.B uşağı gizlətmək üçün tapdığı yeri izah edib: 

“Dərədə ağacın yanında yer tapdım. Çox təlaşlı idim. Uşağın ayağındakı kəsik barədə dəqiq məlumat xatırlamıram. Onu orda qoyub getmişdim. Sentyabrın 8-i həmin yerə enib ip axtardım.  Tapa bilmədiyim üçün  uşağın çantasının ipindən istifadə etdim. Kisəni bağlayıb suya qoydum.  Kimsə tapar deyə qorxaraq üzərinə 15-20 kq-lıq daş yerləşdirdim. Təbii görünsün deyə odun falan düzdüyüm iddiaları yalandır”. 

Polisin uşağı axtardığını öyrənən şübhəli şəxs onlara kömək üçün getdiyini də bildirib: 

“Saat axşam 8-ə yaxın evə qayıdanda gördüm ki, hər kəs- hətta əmisi Salim Güran da uşağı axtarır. Onlara qoşuldum. Axtarırmış kimi davrandım. Cəsəd tapılanadan sonra isə təslim oldum. Çünki uşağı mən öldürməmişəm”. 

O, əlavə edib ki, uşağı kimin öldürdüyünü əmisi muxtar S.Gürman ona deməyib. 

Qeyd edək ki, Narin cinayəti ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində uşağın anası, atası, dörd əmisi və iki qardaşı və S.Gürmanın həyat yoldaşı daxil olmaqla 24 nəfər saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin