Bu oyunlar uşaqların kriminal aləmə marağını artırır – XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu oyunlar uşaqların kriminal aləmə marağını artırır – XƏBƏRDARLIQ

210681

Günümüzdə azyaşlıların, xüsusilə, oğlan uşaqlarının kriminal aləmə marağının artdığı müşahidə olunur. Belə ki, uşaqlar kriminal şəxslərlə, hadisələrlə bağlı mahnılara qulaq asır, həmçinin bu, mövzudakı xarici serial və filmlərə xüsusi diqqət göstərirlər.  

Mütəxəssislər bunun səbəbini sosial mediada kriminal aləmin təbliğatının artmasında da görürlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Valideynlərə XƏBƏRDARLIQ - "Planşetdən mütəmadi istifadə uşaqlarda aqressiyanı artırır"


Uşaq psixoloqu Aygül Malikova Bizim.Media-ya açıqlamasında problemin səbəbini azyaşlıların oynadıqları bəzi oyunlarla əlaqələndirib.   

“Uşaqların oynadıqları bəzi şiddətyönümlü oyunlar onların kriminal aləmə maraqlarını ciddi şəkildə artırır. Uşaqlarda reallıq qavramı 6 yaşa qədər tam formalaşmadığı üçün bu oyunları oynarkən xəyal qururlar, özlərini daha güvəndə hiss edirlər. Düşünürlər ki, belə oyunlar gücsüzlüklərinin qarşısını alır, nəticədə, gələcəkdə cinayət törətməyə qarşı arzu və istəkləri də daha çox artır”. 

Bu hallarda valideynlər və müəllimlər nə etməlidirlər?

“Əgər onlar uşaqlarda davranış pozuntusu müşahidə edirlərsə və daha çox kimlərəsə, yaxud heyvanlara zərər vermə yönümlüdürsə, empatiya qura bilmirlərsə, müxtəlif hərəkətlərlə səslər çıxarırlarsa, bu, uşaqlarda dağıdıcı davranış pozuntusu olduğunu göstərir. Bu da zamanında korreksiya edilmədikdə, 18 yaşından sonra şəxsiyyət pozğunluğunu formalaşdırır, cinayət törətmək, cani əməllər yerinə yetirmək kimi faktlar da qaçılmaz olur. 

Bəzən yeniyetməlik və yetişkənlik dövründə qəddarlıq, canilik kimi əməllərə maraq yaranır. Valideyn uşağının təməlindəki problemin fərqində olur, amma bunu nəyləsə örtbasdır etməyə çalışır. Ancaq onlar özlərinə təsəlli vermək  əvəzinə, ehtimalları düşünüb ona əsasən davranmalıdırlar”, - deyə psixoloq qeyd edib. 

Kriminal aləmə aid mahnıların olması cəmiyyətə necə təsir edir? 

Psixoloqun sözlərinə görə bu mahnılar sadəcə uşaqlarda yox yeniyetməlik və yetişkinlik dönəmində olan, hələ özünüdərki tam formalaşmamış, duyğu və düşüncələrini ayırd edə bilməyən, istəklərini və gücü kiminal aləmdə görən insanlara da mənfi təsir edir: 

“Yaxşı olar ki, valideynlər övladlarını dava-dalaş oyunlarından, kriminal mahnı və filmlərdən uzaq tutmalı, onlarda hiss etdikləri davranış pozuntuları üçün mütəxəssislərə müraciət etməli, vaxtında bu problemin qarşısını almalıdırlar”.

Nəzrin Mirzəyeva, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin