ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə telefonla danışdı

Hazırda oxunan: ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə telefonla danışdı

21056

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.

Bu barədə Bizim.Media -ya Azərbaycan XİN-dən məlumat verilib.

Tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Həmsədrlərdən Ermənistana qaytarılan hərbçilərlə bağlı BƏYANAT


Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistan sərhədindəki son vəziyyətlə bağlı Ermənistanın xarici işlər naziri ilə də telefonla danışıb. Bu barədə Ann Linde özünün tvitter səhifəsində yazıb.

“Azərbaycandan olan həmkarım Ceyhun Bayramov və Ermənistandan olan həmkarım Ara Ayvazyanla Azərbaycan və Ermənistan sərhədindəki son vəziyyətlə bağlı telefonla danışdım. ATƏT sədrliyi və şəxsi nümayəndəm vəziyyəti yaxından izləyir”-deyə, o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin