"Azərbaycanlıları əsir götürün" - Sülhməramlılara absurd MÜRACİƏT

Hazırda oxunan: "Azərbaycanlıları əsir götürün" - Sülhməramlılara absurd MÜRACİƏT

21045

Rusiya sülhməramlıları azərbaycanlıları əsir götürsün və Bakıda saxlanılan erməni diversantları ilə dəyişsin. 

Bizim.Media xəbər verir ki, belə bir təxribatçı təkliflə erməni məhbusların yaxınları çııxış ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Mayın 13-də Rüstəm Muradovun vaxtı bitir – Rus generalı 6 ayda nə edib? 


Erməni qəzetləri bildiriblər ki, bu təklif Qaragöl ətrafında gedən danışıqlar zamanı səslənib. 

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq, ötən ilin dekabrında Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti qeydə alınıb və Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvləri saxlanılıb.

Xatirə, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin