DİN Ağcabədidə əməliyyat keçirdi: Saxlanılan var

Hazırda oxunan: DİN Ağcabədidə əməliyyat keçirdi: Saxlanılan var

210369

Ağcabədidə polis əməkdaşları narkokuryerlik edən şəxsdən 2 kiloqramdan artıq heroin aşkarlayıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunan rayon sakini Murad Məmmədov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvanın yaxınlığında gizlətdiyi güclü təsiredici xassəyə malik 2 kiloqramdan artıq heroin aşkarlanıb. O, heroini sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin