Niyə ailə başçısı qadın olanda xərclər daha ÇOX OLUR?

Hazırda oxunan: Niyə ailə başçısı qadın olanda xərclər daha ÇOX OLUR?

210279

Ailə başçısı qadın olduqda ailənin xərcləri artır. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının tədqiqinə dair məlumatında bildirilib. 

Belə ki, məlumata görə, ev təsərrüfatından məsul şəxs kişi olduqda adambaşına xərclər 348 manat, qadın olduqda isə 5% artaraq 365 manatdır.
 

MÖVZU İLƏ BAĞLI:

Hər 1000 kişiyə 1009 qadın – Bu fərq gələcəkdə hansı problemlərə SƏBƏB OLACAQ?


Həmçinin, ailə baçısı qadın olduqda geyimə, ev əşyalarına, səhiyyəyə, istiahətə, qida məhsullarına xərclənən vəsait artsa da, nəqliyyata, alkoqollu içkilərə, tütünə xərclənən pul azalır.

Maraqlıdır ki, ailədəki adambaşı xərclənən vəsait və s xərclər niyə ailə başçısının qadın və ya kişi olmasından asılıdır? Buradakı fərq nədir?

Sosioloq Lalə Mehralı Bizim.Media-ya açıqlamasında suallarımızı cavablayıb. O deyir ki, burada məsələ ailə baçısının qadın və ya kişi deyil, müşahidə və analiz qabiliyyətinin olmasıdır.

“Çünki indi istehlak olunan məhsullar illər öncəki kimi 1-2 çeşid deyil. Məsələn, biz  yağ  alarkən onun büdcəmizə uyğun, sağlamlıq üçün təhlükəsiz olub-olmamasını və s analiz etməliyik”.

Sosioloq  nəzərə çatdırır ki, kişilərin analiz və müşahidə qabliyyəti daha çox inkişaf edib,  ancaq qadınların da vaxtla bağlı məhdudiyyətləri daha çox olur. Yəni, həm iş, həm  ev, həm övladlarının məktəb, bağça qayğıları, onların tərbiyə edilməsi, xərclərin tənzimlənməsi, bölüşdürülməsi, analiz edilməsi əlavə yükdür”. 

Müsahibimiz əlavə edib ki, sözügedən məsələdə fərqin çox olmasının səbəbi qadının sosial yükünün çox olmasıdır:

“Vaxtına qənaət etmək istəyən qadınlar cüzi qiymət dəyişikliklərinə əhəmiyyət vermir. Buna görə də  düşünürəm ki, kiçik fərqlər qadının sosial yükünün çox olmasıyla əlaqədardır”. 

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin