Trampın Maska vəd etdiyi komissiya nə edəcək? - VİDEO

Hazırda oxunan: Trampın Maska vəd etdiyi komissiya nə edəcək? - VİDEO

210204

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçiləcəyi təqdirdə, hökumətin səmərəlilik komissiyasına rəhbərliyini “X”in sahibi, milyarder İlon Maska tapşıracağını söyləyib. 

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, o, bunu dövlətə dair iqtisadi baxışını açıqladığı geniş nitqi zamanı bildirib. 

Nyu-York İqtisadi Klubunda çıxış edən keçmiş prezident, yerli istehsal edən şirkətlər üçün korporativ vergi dərəcələrini azaltmağa, tikinti şirkətlərinin yeni evlər tikməyə təşviq ediləcəyi federal torpaqlarda "aşağı vergi" zonaları yaratmağa və suveren sərvətə başlamağa söz verib. 

Eyni zamanda o, Maskın hökümətdə vəzifə tutmaq istədiyini də təsdiqləyib.  
 

Tramp həmin komissiyanın hansı istiqamətlərdə fəaliyyət göstərəcəyinin təfərrüatlarını açıqlamayıb. Lakin, komissiyanın yaradıldıqdan sonrakı altı ay ərzində “fırıldaqçılıq və düzgün olmayan ödənişlər”i aradan qaldırmaq üçün plan hazırlayacağını bildirib. 


Xatırladaq ki, Mask avqustun 19-da podkastda keçmiş prezidentlə komissiya haqqında söhbətlər apardığını və bu komissiyada işləmək istədiyini bildirmişdi. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin