Paşinyan Ermənistanı ofsayd vəziyyətinə saldı - Eduard Şarmazanov

Hazırda oxunan: Paşinyan Ermənistanı ofsayd vəziyyətinə saldı - Eduard Şarmazanov

210143

“Cənablar, beynəlxalq münasibətlərdə siz ofsayddasınız. Hansı topdan, meydandan danışırsınız?”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu  Ermənistanın müxalifətdə olan Respublikaçı Partiyasının (sədr Serj Sarkisyandır) idarə heyətinin üzvü, Ermənistan parlamentinin keçmiş sədr müavini Eduard Şarmazanov deyib.

“Paşinyanın son “fikirləri” ən azı qəribədir. Bir tərəfdən o, Azərbaycan və Rusiya ilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda imzasını geri götürməkdən imtina etdiyini bildirir, digər tərəfdən isə Rusiyanın vasitəçiliyi olmadan Azərbaycanla birbaşa təmasların davam etdirilməsində israrlıdır”,-deyə o bildirib.

Şarmazanova görə, Ermənistanın vasitəçilərsiz, birbaşa Azərbaycanla birbaşa danışıq aparması Ermənistan üçün böyük fəlakətdir. 

“Problemlərimizin bir qismi elə burada baş verib”,-deyə o qeyd edib.

“Bütün bunlar Nikolun antimilli və dövlət əleyhinə addımlarının nəticəsində olub. Birbaşa danışıqlarda Tavuş vilayətində 4 kənd Azərbaycana qaytarıldı və Azərbaycanın Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi tələbinin 2027-ci ildə həyata keçiriləcəyi bəyan olundu. İndi tərəflər vasitəçi olmadan təkliflər mübadiləsi aparırlar.

Deyirlər, indi top Azərbaycanın meydanındadır. Beynəlxalq münasibətlərdə uzun müddət oyundan kənar vəziyyətdə qalmısız, hansı topdan danışırsız?”,- deyə o yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin