Putin son nöqtəni qoydu: "Birinci dərəcəli vəzifəmiz Donbası azad etməkdir"

Hazırda oxunan: Putin son nöqtəni qoydu: "Birinci dərəcəli vəzifəmiz Donbası azad etməkdir"

210120

"Rusiyanın qarşısında qoyduğu birinci dərəcəli vəzifə Donbası azad etməkdir". 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivastokda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Kursk vilayətində vəziyyəti sabitləşdirib və düşməni sərhədyanı ərazilərdən sıxışdırıb çıxarmağa başlayıb:

"Ordumuzun müqəddəs vəzifəsi düşməni Kursk vilayətindən qovmaq və vətəndaşları qorumaqdır".

Kremlin sahibi qeyd edib ki, Kiyev Rusiyanı gərginləşdirməyə, əsəbiləşdirməyə, Donbasda hücumu dayandırmağa vadar etmək istəyirdi, amma heç nə alınmadı:

"Ukrayna Kursk vilayətinə hücum edərək digər istiqamətlərdə zəiflədi və Rusiya ordusunun hücumu sürətləndi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin