Binanın zirzəmisinə dolan kanalizasiya suları sakinləri təngə gətirib.
Bizim.Media xəbər verir ki, paytaxtın Nəsimi rayonu Kövkəb Səfərəliyeva 2 ünvanında yerləşən binanın sakinləri deyirlər ki, 10 ildən artıqdır ki, binanın zirzəmisində yığılıb qalan su onlara ciddi problem yaradır.
Sakinlərin sözlərinə görə, əvvəllər binanın zirzəmisinə yalnız qrunt suları yığılırmış. Lakin indi kanalizasiya suları yığıldığından qoxu və həşəratlar vəziyyəti dözülməz edir.
Məsələ ilə əlaqədar ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsinin nümayəndəsi bildirdi ki, problemin həlli üçün ilk növbədə su nasosu işə düşməlidir.
O da bildirildi ki, suyun sözügedən nasos qurğusu ilə bir səviyyəyə çatması yaxın 4 günə yekunlaşacaq və problem qısa müddətdə aradan qaldırılacaq.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:16 / 05.09.2024
Şəhərin mərkəzində 10 ildir binanın zirzəmisinə yığılan su sakinləri təngə gətirdi - VİDEO
Hazırda oxunan: Şəhərin mərkəzində 10 ildir binanın zirzəmisinə yığılan su sakinləri təngə gətirdi - VİDEO
Hazırda oxunan: Şəhərin mərkəzində 10 ildir binanın zirzəmisinə yığılan su sakinləri təngə gətirdi - VİDEO
210035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.