Milyonlarla əhalisi olan Bakıya gündəlik 130 təcili yardım maşını YETƏRLİDİRMİ? - ARAŞDIRMA

Hazırda oxunan: Milyonlarla əhalisi olan Bakıya gündəlik 130 təcili yardım maşını YETƏRLİDİRMİ? - ARAŞDIRMA

209945

Təcili tibbi yardım avtomobillərinin gecikməsi əksər vətəndaşların şikayətçi olduğu problemdir. Bununla bağlı xüsusilə, sosial mediada edilən  paylaşımlara, narazılıqlara tez-tez rast gəlinir

Nəzərə almaq vacibdir ki, təcili yardımın mənzil başına vaxtında çatması həyatı əhəmiyyətə malikdir. Bəzən bir dəqiqə gecikmə belə insan həyatı bahasına başa gəlir.

Bəs problem nədən qaynaqlanır?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi YARADILIR 


Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə Bakı şəhəri üzrə gündəlik olaraq 120-130 civarında ambulans xəttə buraxılır:

“Mütəmadi olaraq ambulans parkı genişləndirilir və briqadaların sayı artırılır. Bütün ölkədə icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 təcili tibbi yardım avtomobili alınaraq ehtiyaca uyğun olaraq periferiya üzrə paylanılması təmin edilir. 

Bakı şəhəri üzrə gündəlik olaraq 120-130 civarında ambulans xəttə buraxılır. Əlamətdar günlərdə beynəlxalq və  yerli genişmiqyaslı tədbirlər zamanı bu say 150-dək artırılır. Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşdirilməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir”. 

Bəs 3 milyondan çox əhalinin yaşadığı paytaxtda 120-130  təcili tibbi yardım avtomobilinin xəttə buraxılması yetərlidirmi?

Həkim Aydın Əliyevin sözlərinə görə, təcili tibbi yardım avtomobillərinin sayının artırılmasına ehtiyac var:

“Təcili tibbi yardım maşınlarının gecikməsi 2 səbəbdən qaynaqlanır: İlk növbədə, yollardakı problemlər də ambulansların fəaliyyətinə mənfi təsir edir. Təbii ki, Bakı kimi əhalisinin sayının normadan çox olduğu şəhərdə 120-130 təcili tibbi yardım maşını bəs etmir, bu say 2-3 dəfə artırılmalı, təqribən 400-500-ə qaldırılmalıdır”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin