İtaliyada qadına səhvən altı doza koronavirus peyvəndi vurulub.
Bizim.Media “Euronews”a istinadla məlumat verir ki, hadisə Toskana bölgəsində baş verib. Bildirilir ki, “Pfizer-BioNTech” peyvəndi 23 yaşlı qadına vurulub.
Xəstəxananın sözçüsü Daniella Gianelli qadının 24 saat nəzarətdə saxlanıldığını deyib. Onun səhhətində hansısa bir dəyişiklik olmadığından evə buraxılıb.
Qeyd edilir ki, tibb işçisi peyvəndi 6 qramlıq şprisə doldurub və birdəfəyə qadına vurub, sonra isə gedib.
Faktla bağlı araşdırma başladılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:10 / 13.05.2021
Qadına səhvən 6 doza peyvənd vuruldu
Hazırda oxunan: Qadına səhvən 6 doza peyvənd vuruldu
Hazırda oxunan: Qadına səhvən 6 doza peyvənd vuruldu
20990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.