Şenol Güneş yenidən "Trabzonspor"da

Hazırda oxunan: Şenol Güneş yenidən "Trabzonspor"da

209830

Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Güneşin yeni klubu müəyyənləşib.

Bizim.Media xəbər verir ki, 72 yaşlı mütəxəssis "Trabzonspor"a baş məşqçi təyin olunub. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Ş.Güneşlə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
 

Qeyd edək ki, Şenol Güneşin son klubu "Beşiktaş" olub. O, ötən ilin oktyabr ayında vəzifəsindən ayrılıb. Mütəxəssis 1986, 1988-89, 1993-97, 2005 və 2009-2013-cü illərdə də "Trabzonspor"a baş məşqçilik edib. 


Ş.Güneş 2000-2004 və 2019-2021-ci illərdə Türkiyə millisini çalışdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin