Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla və Arzu Əliyevalar mayın 12-də Şuşada xan qızı Natəvanın sarayına baxış keçiriblər.
Bizim.Media xəbər verir ki, Şuşa şəhərində Xan qızı Natəvanın evi də işğal dövründə dağıdılıb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış oldu - FOTO
Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi Xan qızı Natəvanın evində fəaliyyətə başlamışdı.
XVIII əsrə aid tarix-memarlıq abidəsi erməni vəhşiliyinin, vandalizminin qurbanı olub.
Dövlətimizin başçısına məlumat verildi ki, işğal zamanı binaya dəyən ziyanın qiymətləndirilməsinə artıq başlanılıb. Bu prosesdən sonra burada bərpa işlərinə start veriləcək.
Bizim.Media