Şirvanda 60 yaşlı sahibkar torpaq üstündə qətlə yetirildi

Hazırda oxunan: Şirvanda 60 yaşlı sahibkar torpaq üstündə qətlə yetirildi

209767

Şirvanda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Elşən İslamova hökm oxunub. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Xamməd Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında E. İslamov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən il sentyarbında Şirvan şəhərində baş verib. Çılpaqlı qəsəbəsində mağazanı işlədən Yavər Bağırov tanışı E. İslamov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. 

İttihama görə, E.İslamov Y.Bağırovun qəsəbə ərazisində yerləşən mağazasının arxasındakı torpaq sahəsinə xərc çəkərək abadlaşdırıb və həmin əraziyə ağaclar əkib. 

Daha sonra zərərçəkən şəxs həmin torpaq sahəsinin ona aid olduğunu və sözügedən əraziləri öz adına sənədləşdirəcəyini deyib. Belə olduqda E.İslamov ondan torpaq sahəsinə çəkdiyi xərci tələb edib, lakin Y.Bağırov onun çəkdiyi xərci ödəməyib. 

Məhkəmə istintaqı zamanı məlum olub ki, hər iki şəxs arasında baş verən münaqişə illərlə davam edib. 

İttihamda təqsirləndirilən şəxsin zərərçəkəni öz mağazasında boyun nahiyəsindən bıçaqlayaraq qətlə yetirdiyi bildirilib. 

E.İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin