Maduronun təyyarəsinin həbsindən “ilhamlanan” Mask Braziliya liderini HƏDƏLƏDİ

Hazırda oxunan: Maduronun təyyarəsinin həbsindən “ilhamlanan” Mask Braziliya liderini HƏDƏLƏDİ

Maduronun təyyarəsinin həbsindən ilhamlanan Mask, Braziliya liderini hədələdi. Amerikalı milyarder Elon Musk, Nikolas Maduro'nun təyyarəsindən sonra Braziliya lideri Lula da Silvaya eyni aqibəti vəd edib.
209705

Venesuela prezidenti Nikolas Maduronun təyyarəsinin ABŞ hökuməti tərəfindən  ələ keçirilməsindən sonra “Tesla” və “SpaceX”in rəhbəri amerikalı milyarder İlon Mask Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya da eyni aqibəti vəd edib.

Bizim.Media xəbər verir ki, bu barədə Mask Maduronun təyyarəsinin həbsi ilə bağlı xəbərlərə şərhində qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Venesuela prezidentinin təyyarəsini ələ keçirdi - SƏBƏB


“Əgər Braziliya hökuməti “X” sosial şəbəkəsi və SpaceX-in mənimsənilmiş əmlakını qaytarmasa, biz Braziliya hökumətinin aktivlərinə həbs qoyulmasını tələb edəcəyik.

Ümid edirəm ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva kommersiya məqsədli uçmaqdan həzz alır”, - deyə Mask qeyd edib.

Qeyd edək ki, daha əvvəl Braziliya X-in ölkədəki fəaliyyətini dayandırmaq qərarına gəlib və Starlink hesablarını dondurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin