Mentalitet, yoxsa... – İşsiz qadınların daha çox olmasının ƏSAS SƏBƏBLƏRİ - ARAŞDIRMA

Hazırda oxunan: Mentalitet, yoxsa... – İşsiz qadınların daha çox olmasının ƏSAS SƏBƏBLƏRİ - ARAŞDIRMA

Mentalitet, yoxsa... – İşsiz qadınların daha çox olmasının ƏSAS SƏBƏBLƏRİ - ARAŞDIRMA Azərbaycanda 2022-ci ilin statistikasına əsasən 6,5 faiz qadın işsizdir. Bu göstərici kişilərdə 4,8 faiz təşkil edib. Beynəlxalq statistikaya nəzər salsaq, görərik ki, xarici ölkələrin bir çoxunda kişilərin işsizlik səviyyəsi qadınlardan daha çoxdur. Amma Azərbaycanda vəziyyət bir qədər fərqlidir.

209660

Azərbaycanda 2022-ci ilin statistikasına əsasən 6,5 faiz qadın işsizdir. Bu göstərici kişilərdə 4,8 faiz təşkil edib. Beynəlxalq statistikaya nəzər salsaq, görərik ki, xarici ölkələrin bir çoxunda kişilərin işsizlik səviyyəsi qadınlardan daha çoxdur. Amma Azərbaycanda vəziyyət bir qədər fərqlidir.

Evlənəndən sonra işləmək olmaz?

İllər keçdikcə qadınların işsizlik problemi Azərbaycanda həll edilməyə çalışılsa da, hələ də evləndikdən sonra həyat yoldaşını işləməyə icazə verməyən kişilər var. İşsizlik təkcə ailə büdcəsinə zərər vermir, həm də qadınların sosial, intellektual inkişafına da zərər vurur.
 

MÖVZU İLƏ BAĞLI:

Qadın sahibkarlar ən çox hansı sahəyə meyl göstərirlər? - ARAŞDIRMA


Müşahidə etsək görərik ki, işləməyən, evdar qadınların maraqları ilə işləyən qadınların maraqlı arasında yerlə göy qədər fərq var.

Psixoloqlar deyir ki, işsizlik qadınları depresiyaya da sala bilər. Çünki insan işləməyəndə, tək məşğuliyyəti evi təmizləyib, yemək bişirib, uşağın qayğısına qalmaq olduqda evdən kənardakı həyatla bütün bağı itir.

Bu cür qadınlar adətən dörd divar arasında qalmaqdan şikayətlənirlər. Həmçinin bu qadınların özgüvəninə də təsir edir. Çünki tək vəzifəsi yemək bişirmək sayılan qadınların özünü cəmiyyətdə təsdiq etmək arzusu olmur.

“Evdar qadınlar”

Sosioloq Tamilla Əlizadə Bizim.Media-ya deyib ki, biz televiziyadakı verlişlərdən də evdar qadınlarla işləyən qadınlar arasındakı fərqi görə bilərik. Çünki günorta saatları evdar qadınlar yemək bişirməklə məşğul olduğu üçün televiziyada bu saat aralığındakı verlişlər sosial xarakterli olur. Sosioloq belə verlişlərin intelektual səviyyəsinin çox aşağı olduğunu bildirir.

Tamilla Əlizadə düşünür ki, qadınların əmək fəaliyyəti ilə məşğul olmaması onların elmi-inkişafına da xələl gətirir:

“Qadınlar işləmədikdə nəinki sosiallaşmır, həm də geridə qalırlar, məlumatlılıq səviyyələri azalır. Savad və bilikləri də istifadə olunmadığından yavaş-yavaş yox olmağa başlayır. Bu qadınların cəmiyyətdəki rolunu sadəcə gender steorotiplərinə uyğun olaraq mətbəx və digər yalnız qadınlara aid olan fəaliyyətlərə aid olmasına gətirib çıxarır. Bura sözsüz ki, həm də onların gəlirlərinin olmaması, evdə baş verən hər cür zorakılıqlara dözmək məcburiyyətində qalmalarına gətirib çıxarır. İqtisadi zəiflik bir çox hallarda qadınların boşanmada geri çəkilməsinə səbəb olur”.

“İşləməyən anaların böyütdüyü uşaqlar”

Tək fəaliyyətləri ev işləri olan qadınların yetişdirdiyi uşaqların da dünya görüşlərinin aşağı olması ehtimalı böyükdür. Sosioloq deyir ki, bu ana və uşaq  münasibətlərinə də təsir edir. Çünki uşaqlar valideynlərinin müasir dövrlə ayaqlaşa bilmədiklərini gördükdə onlardan uzaqlaşır. 

Sevgi, yoxsa eqoistlik?

Göründüyü kimi, işləməmək qadınları bir çox şeydən məhrum edə bilir. Təəssüflər olsun ki, evləndikdən sonra işləməyə icazə verilməməsi bir çox qadınların “sevgi” anlayışına daxildir. Bəzi qadınlar “Həyat yoldaşım mənim yorulmağımı istəmir” deyərək işləməmələrini “nəvazişlə” ört-basdır edirlər. Amma cəmiyyətdə heç bir mövqeyə sahib olmamaq, həyat fəaliyyətinin dörd divar arasında məhdudlaşdırılması, evdən kənar yaşamdan uzaqlaşdırılmağı sevgi kimi qəbul etmək birmənalı qarşılanmır. Bəzi qadınlar üçün bu fikir kişilərin “nəvaziş”inin arxasına sığınan eqoistlik kimi qiymətləndirilir...

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin