Musiqiçi, Əməkdar artist Fuad İbrahimovun 29 il əvvəl Cıdır düzündə çəkdirdiyi fotosu sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub.
Bizim.Media xəbər verir ki, sənətçi Şuşanın işğalı zamanı doğulduğu şəhəri tərk edərkən Cıdır düzündə lentə alınmış foto ilə eyni yerdə şəkil çəkdirib.
"1992-ci ilin yanvar ayında 9 yaşım var idi. Hadisələr çox gərgin idi. Bir çox ailələr kimi, bizi də helikopterlə Cıdır düzündən evakuasiya etdilər. O günləri heç vaxt unutmayacağam. Həmin gündən hamımız olduq məcburi köçkün.... Nə duyğular yaşadığımı söz ilə ifadə etmək mümkün deyil", deyə o bildirib.
Qeyd edək ki, Əməkdar artist Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Xarıbülbül" musiqi festivalında iştirak etmək üçün Şuşaya gedib. Fotonun müəllifi fotoqraf Vüqar İbadovdur. (Report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:46 / 12.05.2021
Cıdır düzündə 29 il əvvəl dayandığı yerdə yenidən şəkil çəkdirdi
Hazırda oxunan: Cıdır düzündə 29 il əvvəl dayandığı yerdə yenidən şəkil çəkdirdi
Hazırda oxunan: Cıdır düzündə 29 il əvvəl dayandığı yerdə yenidən şəkil çəkdirdi
20959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.