Lavrov: “İsrail Yaxın Şərqdə genişmiqyaslı müharibədə maraqlı olan yeganə ölkədir” - VİDEO

Hazırda oxunan: Lavrov: “İsrail Yaxın Şərqdə genişmiqyaslı müharibədə maraqlı olan yeganə ölkədir” - VİDEO

Rusiyanın xarici işlər naziri Lavrov, İsraili Yaxın Şərqdə genişmiqyaslı müharibədə maraqlı olan yeganə ölkə hesab edir. İranın təxribatlara nail olmağa çalışdığını və HƏMAS lideri Həniyənin məhvini misal çəkərək bu mövzuda fikirlərini bölüşüb.
209319

Rusiyanın xarici işlər naziri Lavrov İsraili Yaxın Şərqdə genişmiqyaslı müharibədə maraqlı olan yeganə ölkə hesab edir. 

Bizim.Media xəbər verir ki, bu barədə o, RT-yə müsahibəsində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov: “Kuska hücumu təşkil edən Qərb rəsmilərinin “çox mükəmməl çalışan” beyinləri var” - VİDEO


Nazirin sözlərinə görə, yəhudi dövləti yəqin ki, mövcud vəziyyətdən istifadə edərək HƏMAS, Hizbullah, İraq və Suriyadakı iranpərəst qruplar, eləcə də İranın özü ilə “problemləri birdəfəlik həll etmək” istəyir.

“İran qəti şəkildə təxribatlara boyun əymək istəmir, hər hansı genişmiqyaslı hərbi əməliyyatlara cəlb olunmaq istəmir, lakin onlar bunu təhrik etməyə çalışırlar”, - Lavrov HƏMAS Siyasi Bürosunun rəhbəri Həniyənin məhvini misal çəkərək vurğulayıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin